Azad Yaşar Azad Yashar Азад Яшар
Azad Yaşar Azad Yashar Азад Яшар
Azad Yaşar Azad Yashar Азад Яшар

AZAD YAŞAR

Azad Yaşar 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı (indiki Şirvan) şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb.

Doğma Əli Bayramlı şəhərində Baş memar, Baş rəssam və zavodda Dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993-2001-ci illərdə Rusiyada fəaliyyət göstərən bir türk inşaat firmasında Memar və Müdir yardımçısı vəzifələrində çalışıb.

1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. Dünya ədəbiyyatını təmsil edən 150-dən çox yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.

2001-ci ildən fəaliyyətə başlayan, ədəbiyyatımızda köklü dəyişikliklərə nail olan və ölkədə kitaba, bədii qiraətə marağın təkrar canlanmasında önəmli rol oynayan Azad Yazarlar Ocağının (AYO) və onun mətbu orqanı "ALATORAN" dərgisinin təsisçilərindəndir. 6 dilə çevrilən şeirləri Moskvada, İstanbulda, Kiyevdə və Bişkekdə çıxan aparıcı ədəbi-bədii jurnallarda işıq üzü görmüşdür.

Dizayn sahəsində də fəaliyyətini davam etdirir. Ötən on ildə imza atdığı bir sıra loqo, logotip, kitab qrafikası nümunələri və dizayn əsərləri seyirçilər tərəfindən maraqla qarşılanıb. Orijinal kalliqrafiya (xəttatlıq) kompozisiyaları ilə respublikamızda keçirilən iki böyük sərgiyə qatılmışdır.

Son illər rəsmi qəzetlərdən birinin baş redaktorudur.