DAOnun özəllikləri

( ″Dao. Yolu olmayan yol″ kitabından)

Yükləmək üçün tıqlayın dao.doc

Dao – yolu, xə­ri­təsi və nəzə­riy­yə­­si olma­yan yol­dur. Bu yolu ön­cə ke­çənin izi­nə düş­məklə Dao yo­lunu tapmaq im­kan­sız­­­­dır. Həm də bu yol xətkeş kimi düm­düz də deyil­dir: ən­gin göy­­­lərdə qa­nad çalan qu­şun xaotik uçuşunu xa­­tır­ladan bu yolun nə izi var, nə də trayektoriyası. Bu yol özü-öz­lüyündə möv­­cud­­dur, ona görə də onun necəliyini əvvəlcədən bil­mək, baş­qa­sına açıq­lamaq olmur. Onu so­raq­laşa-soraqlaşa tapmaq, onu sadəcə qət etmək qə­rarına gəlmək yetərli deyildir, çünki Dao yolunu başdan-so­na keçmək lazımdır. Bu baxımdan başqa­sı­nın bu yolda yaşa­dıq­la­rı, onu necə tapdığı heç bir işə yaramır. Bu yo­lun yolçuları ara­sında Budda, İisus (İsa), Lao-çzı var və indi də siz varsınız. Siz də adı sadalanan şəxsiyyətlər qədər oriji­nal­sınız, təkrarsızsı­nız. Əgər siz də onlar kimi öz yolunuzu özü­nüz tapsa­nız, öz öm­rü­­nü­zü təkrarsız yaşasanız, onda bu yol son də­rəcə dəyərli bir şey ola­caqdır.
Buna görə də çox vaxt daosizmi (=daoçuluğu) dağınıq, əvvəli-axırı olmayan din kimi dəyərləndirirlər. Halbuki onun mütəşək­kil olma­ma­sı təbiiliyindən, gerçək, təbii və başqalarını yamsı­la­madan yaşanmasından irəli gəlir. Bu, qaranlıq gecədə bilin­məz bir yola çıxmağa bənzəyir bir az da: adətən yolçu bilməz bu yolun sonunda onu uğur gözləyir, yoxsa ki, ölüm. Yolçu hər nə qə­dər cəsur və yılmaz (=əzmli) olsa da, bu, həmin yoldakı təh­lü­kə­lərin azalmasına, yoxluğuna gətirib çıxar­maz.
Daodan fərqli olaraq, xristianlıq (=xaçpərəstlik), induizm və is­lam – dinlərin ana yollarıdır. Bu yolları seçən insanlar mənzil ba­şına dəstəylə, birlikdə, kütlə şəklində yol alırlar. Daoda isə in­san yolboyu tənha olur, çəkilməz yalnızlığa qatlaşır. Kütləyə ar­xa çevirdiyi üçün Dao fərdiliyə, fərdi inkişafa üstünlük verir. Dao­da hər hansı ənənə yoxdur. Dao konformizmə (=güzəştçi­li­yə) deyil, tam sərbəstliyə, azadlığa geniş meydan tanıyır. Ona gö­rə də əslində bütün üsyanların ən möhtəşəmi sayılan Dao bəzən xao­sa, bəzən anarxiyaya çevrilə bilir. Daoçular deyirlər: ІƏgər sən tam riayət etməkdən ötrü hər hansı nəzəriyyə, qanun axtarır­san­sa, deməli, sən – qulsan, köləsən. Əgər sən arayıb-axtardığın o qanunu öz daxili imkanların sayəsində dərk eləyə bilsən, bax, onda əsl Ustada çevriləcəksənІ. Çünki öz həyat tərzinə hər hansı qayda, dü­zən uyğulayan şəxs əslində qayda-qanun, səliqə-sah­man gö­rün­tüsü, illüziyası yaratmaqdan o yana getmir və onun hə­ya­tın­da­kı qarışıqlıq olduğu kimi davam edir və ya ilk baxışda özünü bi­ru­zə vermir. Əslində isə orada heç nə dəyişmir. Belələri unudur­lar ki, gerçək qayda-qanun və düzən dışarıdan yox, insanın için­dən gəlməlidir. Ona görə də əgər içinizdə qarışıqlıq və xaos baş qaldırırsa, onu ilk andan yatırtmağa, boğmağa çalış­ma­yın, onunla üz-üzə gəlin, səbəblərini anlamaqla onu yenməyə can atın. Yal­nız bundan sonra içinizdə tarazlıq və rahatlıq bərqərar olacaqdır, çünki hər bir insanın içindəki xaos son dərəcə orijinaldır və heç vaxt bir başqasının başına gələnləri xatırlatmaz. Xaosda da ənənə yox­dur, o - daim yenidir, təkrarsız­dır, insandan insana keçmir, mi­ras qalmır. İsaya inananlar xaçpərəst, Krişnaya tapınanlar in­duist, Muhəmmədin sünnətinə uyanlar müsəlman olur­lar. Daoda isə durum fərqlidir: ″Öz Allahını bulmayan, Ona sı­ğınmayan in­san hələ də yolunu tapmış birisi, yəni yolçu sa­yılmır″. Bütün möv­cud ənənələr insan ruhunu qul, kölə etmə­yə, insanı böyük Yol­dan sapdırmağa, azdırmağa hesablanıblar. Baş­qalarının dedik­lə­rinə boyun əyənlər yoldan çıxırlar. Özünü hər hansı yaşam tərzinə zorla uyğunlaş­dı­ran insan adətən onun əsi­­rinə çevrilir, özü­nü ömürlük həbsə atır. Halbuki Allahı da, Dao­nu da, Drah­ma­nı da, Həqiqəti (=Həqqi) də ancaq mütləq azadlıq sahibi, yəni is­tə­nilən şərtlərdə azad ola bilən şəxs tam mənasıyla dərk edə bi­lər. Əlbəttə, azadlıq, sərbəstlik təhlükəli­dir, tam azad olan kəs hər an təhlükələrlə üz-üzədir. Kütləyə qoşulan, qarışan insanlar öz­lərini bütün təhlükələrdən uzaq zənn edirlər, əslində isə kütlə da­xilində onlar yalnız və yalnız öz tənha­lıqlarından qurtulublar. Elə buna görə də hər kəs daha çox küt­ləyə qoşulma­ğa, geniş küt­lədə təm­sil olunmağa, orada özünə nüfuz qazanmağa can atır. Hal­buki kütlə daxilində öz təhlükəsiz­li­yini təmin etdiyi andan in­san orijinallığını, təkrarsızlığını itirir, boz kütlədə əriyib, ona qa­rı­şır, ondan seçilməz olur, özünün cavab tapması gərəkən bütün sual­ların hazır cavabını orada tapır, on­larla sözsüz razılaşır, ortaq rəylə hesablaşır. Hər insan özü öz qarşısına suallar qoyub, on­lara cavab aramadığı müddətcə, o sualların cavablarını öz mən­tiqiylə yoğur­ma­dıqca, ortaq məntiqə əsas­­lan­dıqca, o, sadəcə bilgi­li ola bilər, heç vaxt ariflik və müd­rik­­lik zirvəsinə ucala bilməz.
Özünə güvənən insan isə heç vaxt təkbaşına yola çıxmaqdan qorx­maz, üşənməz. Bu yolda o, həyata, həyatdakı hər şeyə, ağac­l­a­ra, çaylara, göylərə, əbədiyyətə dərindən inanmalıdır. İnsanlı­ğın bugünə qədər meydana atdığı ən müxtəlif məntiqlərə, nəzə­riy­yələrə, düşüncə sistemlərinə inandığı müddətcə isə insan yal­nız­başına uzun yola çıxa bilməz. Axı, insanların uydurduğu bu nə­zəriyyələr necə doğru ola bilər?! İnsanlar yüzillər boyu bütün bun­ları ona görə uydurublar ki, öz cahilliklərini bunların ardında giz­lətsinlər. İnsanoğlunun bütün bu rasional çözümləri uydurma ol­du­ğundan həqiqəti kəşf etməkdən, onu ortaya qoymaqdan çox-çox uzaqdır. Ona görə də onlardan birdəfəlik qurtulmaq lazımdır. Daoçular deyirlər: ″Ger­çək olan üçün maneə – cahillik yox, hədsiz və gərəksiz bilgi­dir″.
Daoya görə, mütləq gerçəyin kəşfində insana nə din elmləri, nə fəlsəfə, nə məntiq, nə də müdrik kəlamlar yardım edə bilər, çün­ki bunların hamısını insanoğlu uydurub. Bütün bunlar ardı-ara­sı kəsilməyən, silsilə yuxuları xatırladırlar insana. Bir mənada bun­lar - yuxuda görülən yuxudan başqa bir şey deyildir. Yatan in­san isə öz yuxusunun əsiridir, ondan heç vəchlə qopmaq, ayrıl­maq istəməz, oyanmağı arzulamaz. Gerçəyi, gerçəkliyi anlamaq­dan ötrü onun barəsində durmadan düşünmək, onun arzusuyla ya­şa­maq la­zım deyil. Onu sadəcə şəxsi təcrübədə yaşamaq yetərlidir.
Məş­hur psixoanalitik Ziqmund Freydin XX yüzildə dediyi: ІHə­ya­tı­nda əskik olan nemətlər insanın yuxusuna girir, bu yolla in­san real­lıqda var olmayan bir şeyi yuxusunda gerçəkləşdirir, onun qar­şı­lığını tapır» müddəasını daoçular qədim zamanlardan bə­­ri aşa­ğıdakı şəkildə dilə gətiriblər: ″Yuxular – insan düşün­cə­­lə­ri­nin bir şək­lidir″. Fikirlər – sözə, yuxular isə görüntülərə çevri­lən fikirlərdir, qayğılardır. Yuxular – primitiv, bəsit düşün­cə­lə­rin məh­su­ludur, fikirlər isə daha dərin, üstün və yüksək intellektin bəh­rəsidir. Əslinə qalanda bunlar arasında elə də böyük fərq yox­dur: bunlardan birində reallıq sözlərlə, digərində isə gö­rün­tülər­lə, hərəkətli səhnələrlə ifadə olunur.

 

 

Azad Yaşar OŞO
Rəcniş OŞO

Azad Yaşar OŞO

Azad Yaşar OŞO
Azad Yaşar OŞO
Azad Yaşar OŞO