Azad Yaşar Azad Yashar Азад Яшар
Azad Yaşar Azad Yashar Азад Яшар Hamı və heç kim
Azad YAŞAR
Hamı və heç kim / 2003
Bakı, “Adiloğlu” nəşriyyatı, 282 səh, tiraj: 500

Bu ilk kitab həm də sərgi xarakteri daşıyır, çünki burada müəllifin son 27 ildə yaratmış olduğu şer və bədii mətnlərin, qrafik əsərlərin müəyyən qismi toplanıb. Özünü dəyişik yaradıcılıq sahələrində (memarlıq, ədəbiyyat, rəssamlıq) sınaması A.Yaşarın sənətdə ən-ənə ilə çağdaşlığın son dərəcə fərqli sintezinə nail olmasına imkan yaradır. Diqqətinizə sunulan bu çalışmaları da bir növ onun, “Əvvəlcə Söz olub, yoxsa Rəsm?” sualına verdiyi cavablar kimi dəyərləndirmək olar. Müəllifin gəlmiş olduğu son qənaətə görə, əvvəlcə Söz və ya Rəsm yox, məhz İşarə (Kod) yaranıb.

Azad Yaşar Azad Yashar Азад Яшар Postmodern
Azad YAŞAR çeviriləri
Postmodern Rus Ədəbiyyatı / 2006
Bakı, “Adiloğlu” nəşriyyatı, 144 səh, tiraj: 300

Çağdaş rus ədəbiyyatının ən yeni dövr əbəbiyyatından seçmələr ilk dəfə bir tam halında bu topluda azərbaycanlı oxuculara sunulmaqdadır.

Azad Yaşar Azad Yashar Азад Яшар Rumi
Mövlanə Cəlaləddin RUMİ
“Məsnəvi”dən seçmələr / 2007 / I nəşr
Bakı, “Mütərcim” nəşriyyat-poliqrafiya mərkəzi, 232 səh, tiraj: 1000

Böyük türk şairi və düşüncə adamı Mövlanə Cəlaləddin Rumi (1207-1273) ortaq mədəniyyətimizin dünya tarixinə bəxş etdiyi ən nəhəng şəxsiyyətlərdən biridir. Onun qələmindən çıxan “Məsnəvi”, “Məcalisi-səba”, “Fihi-ma fih”, “Divani-Kəbir” (Böyük divan) və “Məktubat” kimi bənzərsiz əsərlər aradan keçən yüzillərə rəğmən, bugünkü gün də dünyanın bütün guşələrində dərin maraqla oxunmaqdadır. Klassik Azərbaycan ədəbiyyatına dərin təsir göstərən bu əsərlərin indiyədək heç biri tam şəkildə dilimizə çevrilməyib. Dahı şairimiz Nizami Gəncəvi kimi, Rumini də farsca yazıb-yaratdığına görə “fars şairi” sayanlar az olmayıb. Halbuki yazılarından birində dahi Mövlanə “Əsləm türkəst, əgərçə hindu guyəm” (Farsca yazmağıma baxmayın, əslim türkdür) deyir.
2007-ci il Birləşmiş Millətlər Təşkilatının UNESCO qurumu tərəfindən “Mövlanə Cəlaləddin Rumi ili” kimi bütün dünyada geniş miqyasda qeyd edilməkdədir. “Məsnəvi”dən seçmələr” kitabı həm bu şölənə, həm də ədəbiyyatımızda Mövlanə ilə bağlı haqsız boşluğu doldurmağa həsr olunub.

Azad Yaşar Azad Yashar Азад Яшар Məsnəvi

Azad Yaşar Azad Yashar Азад Яшар Çin mədəniyyəti
Çin mədəniyyəti / 2008
Bakı, “CBS Polygraphic Production” mətbəəsi, 109 səh, tiraj: 500

Əhməd Hamdi Paşa
Missioner / 2008
Bakı, Qismət, 120 səh, tiraj:
1000

missioner

Azad YAŞAR çeviriləri - 5
Gi de MOPASSAN - Bitmiş insanlar / 2012
Bakı, “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzi, 152 səh, tiraj: 500

Bu topludakı hekayələrdə Gi de Mopassan insan psixologiyasının çox dərin qalarına baş vurub və qəhrəmanlarını ən gözlənilməz rakurslardan oxucusuna göstərməyə çalışıb. Onun əsl ruh mühəndisi kimi insan xarakterindəki ikiləşməni, izaholunmazlığı və gizli kompleksləri çoxtərəfli araşdırması sonradan psixoanaliz fəlsəfəsinin (Z.Freyd, K.Q.Yunq və E.Fromm nəzəriyyələrinin), ədəbiyyatda isə postmodernizmin formalaşmasına ciddi təkan vermişdir.

Azad Yaşar Azad Yashar Азад Яшар YA HU - Sufizm, Dao, Dzen hekayətləri və ən çağdaş hikmətlər toplusu

Mövlanə Cəlaləddin RUMİ
“Məsnəvi”dən seçmələr / 2012 / Genişləndirilmiş və redaktə olunmuş III nəşr
Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 272 səh, tiraj: 1000

Böyük türk şairi və düşüncə adamı Mövlanə Cəlaləddin Rumi (1207-1273) ortaq mədəniyyətimizin dünya tarixinə bəxş etdiyi ən nəhəng şəxsiyyətlərdən biridir. Onun qələmindən çıxan “Məsnəvi”, “Məcalisi-səba”, “Fihi-ma fih”, “Divani-Kəbir” (Böyük divan) və “Məktubat” kimi bənzərsiz əsərlər aradan keçən yüzillərə rəğmən, bugünkü gün də dünyanın bütün guşələrində dərin maraqla oxunmaqdadır. Klassik Azərbaycan ədəbiyyatına dərin təsir göstərən bu əsərlərin indiyədək heç biri tam şəkildə dilimizə çevrilməyib. Dahı şairimiz Nizami Gəncəvi kimi, Rumini də farsca yazıb-yaratdığına görə “fars şairi” sayanlar az olmayıb. Halbuki yazılarından birində dahi Mövlanə “Əsləm türkəst, əgərçə hindu guyəm” (Farsca yazmağıma baxmayın, əslim türkdür) deyir. 2007-ci il Birləşmiş Millətlər Təşkilatının UNESCO qurumu tərəfindən “M.C.Rumi ili” kimi bütün dünyada geniş miqyasda bayram edilmişdir.
Şair-çevirmən Azad Yaşarın dilimizə çevirdiyi və geniş oxucu marağına səbəb olan “Məsnəvi”dən seçmələr” kitabının təkmilləşdirilmiş üçüncü nəşri ədəbiyyatımızda M.C.Rumi ilə bağlı haqsız boşluğu doldurmaq məqsədi güdür. Kitabda dünya ədəbiyyatının incisi sayılan əsərin alti cildindən alınmış müdrik hekayətlər və kəlamlar, Mövlanənin həyat və yaradıcılığına dair araşdırma yazıları ilk dəfə bir arada toplanmaqla Azərbaycan oxucusunun diqqətinə təqdim olunub.   

14

Azad YAŞAR çeviriləri - 2
YA HU - Sufizm, Dao, Dzen hekayətləri və ən çağdaş hikmətlər toplusu / 2008
Bakı, “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzi, 248 səh, tiraj: 500

Gi de MOPASSAN - Seçilmiş hekayələri / 2010
Bakı, “Şərq-Qərb" ASC, 800 səh, tiraj: 1000

Gi de Mopassan (1850-1893) məşhur fransız yazıçısı, dahi roman ustası və dünya ədəbiyyatının şah əsərlərindən sayılan novellalar müəllifidir. "Həyat" (1883), "Əziz dost" (1885) və s. kimi kitabları ilə bütün dünyada şöhrət tapmış yazıçı tənqidi realizmə əsaslanan bənzərsiz yazı manerası, sirayətedici incə yumoru və üslubuyla çoxmilyonlu oxucu auditoriyasının böyük rəğbətini qazanmışdır. Onun kitabları öz dövrü üçün görünməmiş tirajlarla çap olunurdu.

Psixoloji portret ustası, insan təbiətinin mahir bilicisi olan Mopassan cəmi on illik ədəbi fəaliyyəti dövründə 6 roman və 300-ə yaxın novella qələmə almışdır. "Ədəbiyyata meteor kimi daxil olan" yazıçı elə meteor kimi də yanaraq, həyata çox erkən - 43 yaşında göz yummuşdur.

Azad YAŞAR çeviriləri - 4
Gi de MOPASSAN - Bitmiş insanlar / 2012
Bakı, “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzi, 152 səh, tiraj: 500

Sevgi - qorxu və güvən ilə birlikdə insan həyatında üç önəmli hissdən biridir. Sevdiyinə görə özünə dərin güvən duyan insan adətən onu itirməkdən qorxur, elə buna görə də Sevgi haqlı olaraq bu üç hissdən ən vacibi sayılır. Duyğuların tufanını, insan qəlbindəki dəyişimləri ustalıqla kağıza köçürməsi baxımından Mopassan dünya ədəbiyyatında bənzərsiz yazarlardan biridir. Təsadüfi deyil ki, dünyanın ən nəhəng iki-üç nasirindən biri sayılan Lev Tolstoy onun iki hekayəsinə dərin heyranlıq duyduğundan onları fransizcadan çevirməklə rus oxucularına tanıtmağı özünə borc bilmişdir.

Mövlanə Cəlaləddin RUMİ
“Məsnəvi”dən seçmələr / 2013 / Genişləndirilmiş və redaktə olunmuş IV nəşr
Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 288 səh, tiraj: 1000